BDU-nun qarşısında zəncirvari qəza: 3 maşın bir-birinə dəydi - VİDEO

Qəzalar 24 İyun 2025 16:30
BDU-nun qarşısında zəncirvari qəza: 3 maşın bir-birinə dəydi   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Yasamal rayonu, Zahid Xəlilov küçəsində (BDU-nun qarşısında) zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza iyunun 24-də günorta saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “BMW” markalı maşın, ondan öndə olan 99-UL-914 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilə o isə öz növbəsində 77-JV-950 dövlət nömrə nişanlı “Mercedes” markalı yük maşınına dəyib. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücülərin düzgün ara məsafəsi saxlamamaları olub. Nəticədə hər üç nəqliyyat vasitəsinə maddi ziyan dəyib. 

Nərmin

Oxunub : 1304
ŞƏRH YAZ
Ad

E-mail

Şərh