Bələdiyyə sədri yol qəzası zamanı ağır yaralanıb

Daşkəsəndə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az bildirir ki, Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində "Niva" və "QAZ-24" markalı avtomobillər toqquşub. Nəticədə iki nəfər - Daşkəsən rayon Quşçu kənd sakini Sabir Camalov və Zəylik kənd sakini Akif Muradov müxtəlif bədən xəsarətləri alaraq Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, A.Muradov kəllə-beyin travması, S.Camalov isə döş qəfəsinin sınığı xəsarəti alıb, hər iki yaralının vəziyyəti ağırdır.
Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, "Niva"-nın sürücüsü A.Muradov Daşkəsən rayonunun Zəylik kənd bələdiyyəsinin sədridir.
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO










