Bərdədə “011” iki avtomobilə çırpılıb, 3 nəfəri vurub – VİDEO

Bərdədə 4 nəfərin xəsarət alması ilə nəticələnən qəzada xəsarət alanların adları məlum olub.
Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, qəza nəticəsində 1992-ci il təvəllüdlü Musayev Elvin Ədil oğlu, 1994-cü il təvəllüdlü Azadlı Vətən Elçin oğlu, 2006-cı il təvəllüdlü Quluyev İlkin Bəhruz oğlu və 2009-cu il təvəllüdlü Quluyev Valeh Bəhruz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
*** saat 15.57
Bərdədə 4 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.
APA-nın Qarabağ müxbiri xəbər verir ki, hadisə rayonun Lək kəndində qeydə alınıb.
“09-BT-866” dövlət qeydiyyat nişanlı “VAZ-21011” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yol kənarında dayanmış 2 minik avtomobilini və 3 nəfəri vurub. Hadisə nəticəsində avtomobildə olan sərnişinlə bərabər 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi - FOTO - VİDEO - YENİLƏNİB
Motosiklet avtomobillə toqquşdu - 19 yaşlı oğlan öldü
Sərxoş sürücü piyada keçidində ana və uşaqlarını vurdu – VİDEO
Qəfil maşının önünə çıxan piyada qəzaya səbəb oldu - ANBAAN VİDEO
Qarlı havada iki “VAZ” toqquşdu, biri dərəyə düşdü - VİDEO
Qaraçuxurda qəza: “Nissan”la toqquşan “Chevrolet” aşdı - VİDEO
Buzlu yolda sürüşən maşın aşdı - VİDEO
Atyalında yük maşını 3 avtomobilə dəydi, biri marketə çırpıldı - VİDEO
Bakıda avtobuslar toqquşdu - VİDEO
Buzlu yolda idarəetməni itirən maşınlar qəzadan son anda yan keçdi - VİDEO
Buzlu yol qəzaya səbəb oldu - Kənar dairəvi yolunda sıxlıq yarandı - FOTOLAR











