Bərdədə 3 piyadanı vuran sürücü həbs edilib

Avqustun 20-də saat 11 radələrində Bərdə-Tərtər avtomobil yolunun Bərdə rayonu ərazisindən keçən hissəsində Nəriman Nərimanlının idarə etdiyi “VAZ-21154” markalı 90-NN-695 dövlət qeydiyyat nişanlı avtomobillə Malik Əliyevin idarə etdiyi “VAZ-21061” markalı 32-BC-306 dövlət qeydiyyat nişanlı avtomobil toqquşduqdan sonra “VAZ-21154” markalı avtomobil yolun kənarında dayanmış piyadalar Sərvər Məmmədov, Aygün Səmədova və Ağapəri Məmmədovanı vurub.
Baş Prokurorluğun Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində A.Məmmədova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib, digər piyadalar isə müxtəlif dərəcəli xəsarətlərlə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hadisə yerinə baxış keçirilməklə sxem tərtib olunub, fotoşəkillər çəkilib, məhkəmə tibbi, kompleks məhkəmə-trassoloji və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilib, şahidlərin və sürücünün ifadəsi alınıb, hadisənin baş vermə şəraitini özündə əks etdirən videogörüntülər əldə olunaraq cinayət işinə əlavə olunub və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
N.Nərimanlı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı










