Bərdədə ağır yol qəzası - FOTOLAR

Bərdədə ağır yol - nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, hadisə Bərdə-Ağdam yolunun Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb. "VAZ-21011" markalı maşını yüksək sürətlə idarə edən rayonun Qurdlar kənd sakini 25 yaşlı Vüsal Abbasov idarəetməni itirərək yolun kənarındakı sürət həddini göstərən yol nişanını aşırdıqdan sonra avtomobili ağaca çırpıb. Zərbənin təsirindən avtomobil aşıb. Aşmış avtomobilin içərisində sıxışmış vəziyyətdə qalan sürücünü yolun kənarında səyyar satışla məşğul olan insanlar çıxarıb. "Maşın yan üstəydi, biz düzəltdik maşını, sürücünü çıxardıq. Sonra təcili tibbi yardım xidmətinə xəbər verdik", - hadisə şahidi Baxşalı Baxşalıyev bildirib. Bud nahiyəsindən xəsarət alan Vüsal Abbasovun həyati təhlükəsi yoxdur. Lazımi tibbi yardım göstərilib. Bərdə rayon Polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları sürücünün qəza baş verən vaxt avtomobildə tək olduğunu bildirdilər. Hazırda polis baş vermiş faktla bağlı araşdırmalarını davam etdirir.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO















