Bərdədə dəhşətli qəza: 1 ölü, 3 yaralı - VİDEO

Bərdə rayonunda bir nəfərin ölümü, 3 nəfərin ağır yaralanması il nəticələnən ağır avtomobil qəzası baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə teleqraf-ın əməkdaşının verdiyi məlumata görə, hadisə ötən gün Bərdə-Yevlax magistral yolunun Bərdənin Şorəlli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Tərtər rayon sakini, 1975-ci il təvəllüdlü Qurbanov Qəhrəman Bəhmən oğlunun idarə etdiyi “NAZ Lifan” markalı, 59 BE 698 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən yolu iki hissəyə ayıran dəmir səddə çırpılıb. Zərbənin təsirindən dəmir lövhənin bir tərəfi avtomobili yararsız hala salıb. Qəza zamanı avtomobildə olanlar - 1975-ci il təvəllüdlü Qurbanov Qəhrəman Bəhmən oğlu, 1977-ci il təvəllüdlü Qurbanova Həmayə Gəncəli qızı, 1933-cü il təvəllüdlü Qurbanova Humay Salman qızı və 2015-ci il təvəllüdlü Qurbanova Münəvvər Qəhrəman qızı ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, qəza zamanı ağır yaralanan 1933-cü il təvəllüdlü Qurbanova Humay Salman qızının həyatın xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Paytaxtda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO
Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı - FOTO
Gürcüstanda içində turistlərin olduğu avtobus qayadan aşdı: Ölənlər var - FOTO
Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...
Tunelin çıxışında zəncirvari qəza: Üç avtomobil bir-birinə çırpıldı - VİDEO
12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış - VİDEO
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var - YENİLƏNİB
Yevlaxda dəhşətli qəza: İki nəfər öldü, üç nəfər yaralandı - VİDEO
Ələt-Astara yolunda qəza olub: Üç nəfər xəsarət alıb
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO
Türkiyədə təlim təyyarəsi qəzaya düşdü - VİDEO










