Bərdədə faciəli şəkildə həlak olan hərbçinin FOTOsu - YENİLƏNİB

Bərdə rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı faciəli şəkildə həlak olan hərbçi Orxan Əliyevin görüntüsü yayılıb.
Avtosfer.az "Qafqazinfo"ya istinadən qəzada həlak olan hərbçimizin fotosunu təqdim edir:



***12:26
Bərdə rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar bu gün saat 06:50-də 2007-ci il təvəllüdlü şəxs (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib
Bildirilib ki, döş qəfəsinin küt travması, sağ körpücük sümüyünün sınığı, başın tüklü hissəsinin açıq yarası, qapalı kəllə-beyin travması diaqnozu təyin olunan pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır.
Qeyd edək ki, hadisə nəticəsində bir nəfərin (kişi) isə həkiməqədər ölüm faktı qeydə alınıb.
***09:54
Bərdə rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Borsunlu-Hindarx avtomobil yolunun Bərdə rayonunun Soğanverdilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan “Toyota Prius” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.
Qəza nəticəsində avtomobildə sərnişin qismində olan Ağdam rayon sakini, hərbçi Orxan Əliyev hadisə yerində həyatını itirib.
Məlumata əsasən, hadisə zamanı daha bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb və onlara zəruri tibbi yardım göstərilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO











