Banner

Bərdədə Müdafiə Nazirliyinə məxsus “KamAZ” aşdı - VİDEO

Qəzalar 2 İyun 2025 17:00 Oxunub 402
Bərdədə Müdafiə Nazirliyinə məxsus “KamAZ” aşdı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.

Müdafiə Nazirliyindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza iyunun 2-də səhər saatlarında rayonun Qaraməmmədli kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı maşınla “KamAZ” markalı hərbi avtomobil toqquşub. Qəza “Mercedes” sürücüsünün hərbi kolona daxil olması nəticəsində baş verib. Bu vaxt “KamAZ”ın sürücüsü manevr edərək təhlükədən yayınmağa çalışıb. Lakin idarəetmədən çıxan maşın aşıb. Hadisə zamanı xəsarət alan olmayıb. 

Qeyd edək ki, faktla bağlı araşdırma davam edir. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh