Bərdədə qanlı yol terroru: 3 gənc öldü - FOTO

Bərdədə 3 nəfərin ölümü, bir neçə nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Kətəlparaq kəndində qeydə alınıb. Qəza "VAZ-2106" markalı avtomobillə "Mercedes"in toqquşması nəticəsində baş verib. Hadisə zamanı "Jiquli" bir neçə dəfə fırlanaraq aşıb. Bu səbəbdən ölənlərin məhz "06"dakı sürücü və sərnişinlərdən olduğu ehtimal edilir. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
***
Bərdədə baş verən yol qəzası nəticəsində ölən və yaralananların adları məlum olub. Qəza nəticəsində Bərdə sakinləri – 20 yaşlı Kərimov Təbriz Nadir oğlu, 18 yaşlı Abdullayev Rahib Knyaz oğlu və 19 yaşlı Yəhyayev Orxan Rəhbər oğlu ölüb. Onların hamısı "VAZ-2106" markalı minik avtomobilində olublar. Qəza zamanı "Mercedes ML"də olan Ağdam sakinləri - 1973-cü il təvəllüdlü sürücü Behbud Rəhimov, onun 1981-ci il təvəllüdlü həyat yoldaşı Gülnar Rəhimov və onların 2004-cü il təvəllüdlü övladı Fərid Rəhimov yaralanıb.


Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ















