Bərdədə yol qəzası: ölən və yaralananlar var - FOTO

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, İlqar Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və Mircamal Mahmudovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ-2106"-da sərnişin, 21 yaşlı Kənan Fərhad oğlu Həsənzadə ağır bədən xəsarətləri alaraq xəstəxanada ölüb.
Hadisə zamanı hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Xəstəxanadan bildirilib ki, yaralılardan, "VAZ-2106"-nın sürücüsü M.Mahmudov vəziyyətinin ağır olması səbəbi ilə reanimasiya şöbəsinə köçürülüb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ

















