Beyləqanda ağır qəza - Ölən var

Beyləqan rayonunun Yeni Xocavənd qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti məlum olub. Avtosfer.az xəbər verir ki, Oxu.az-ın sorğusuna cavab olaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, aprelin 2-də saat 10 radələrində yol-nəqliyyat hadisəsi səbəbi ilə 3 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. "Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Xəsarət alan şəxslərdən 1989-cu il təvəllüdlü şəxs Sabunçu Tibb Mərkəzinə, 2009-cu il təvəllüdlü şəxs isə özəl tibb müəssisələrindən birinə təxliyə olunub. 2009-cu il təvəllüdlü digər şəxsin müalicəsi Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir".
Sabunçu Tibb Mərkəzindən bildirilib ki, aprelin 2-də saat 21:10-da 1989-cu il təvəllüdlü şəxs (kişi) Sabunçu Tibb Mərkəzinə ağır vəziyyətdə hospitalizasiya olunub. "Sol budun və sol baldırın sınığı, qapalı kəllə-beyin travması, döş qəfəsinin, qarının və çanağın küt travması diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Həkimlərin səylərinə baxmayaraq, onun 02.04.2026-cı il tarixində saat 23 radələrində bioloji ölüm faktı qeydə alınıb", - deyə məlumatda vuğulanıb.
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi
Bakı-Qazax yolunda "Lexus" "KamAZ"a çırpıldı - VİDEO
Bakıda “BYD” ilə toqquşan “Hyundai” səkiyə dırmaşdı - VİDEO
Faciəvi qəzada ölən yeniyetmənin FOTOsu
Bakıda minik maşını yük avtomobilə çırpıldı: ÖLƏN VAR
İki yük avtomobilinin toqquşduğu ərazidə hərəkət bərpa olundu - YENİLƏNİB
Bakıda iki avtomobil toqquşdu, yol nişanı aşdı - VİDEO
Masallıda minik avtomobili yük maşınına çırpıldı: Ölən var - VİDEO
Kəlbəcərdə ər-arvad qəzaya düşdü - Ölən var - FOTO
Qadın sürücü avtobusa yol verməyib qəza törətdi; digərini təhqir etdi - VİDEO - FOTO
Bakıda dəhşətli qəza: “Lada” yük maşınının altında qaldı - VİDEO












