Beyləqanda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Beyləqanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Daşburun qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, "Mercedes" və "KİA" markalı avtomobillərin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü İbrahimov Raliz Yusif oğlu, 1961-ci il təvəllüdlü Nuriyev Tahir İsmayıl oğlu, 1997-ci il təvəllüdlü Məmmədov Bəhlul Qüdrət oğlu və 1980-ci il təvəllüdlü Qasımov Rəşad Zahid oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
***
Oktyabrın 30-da saat 16:00 radələrində Beyləqan rayonunda avtoqəza hadisəsi səbəbilə 4 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. TƏBİB-dən verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub: "1981-ci il və 1997-ci il təvəllüdlü şəxslərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Digər xəsarət alan şəxslərin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri kafidir".


Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO
Tovuzda avtomobil AŞDI: Xəsarət alan var - FOTO
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi
Bakı-Qazax yolunda "Lexus" "KamAZ"a çırpıldı - VİDEO
Bakıda “BYD” ilə toqquşan “Hyundai” səkiyə dırmaşdı - VİDEO
Faciəvi qəzada ölən yeniyetmənin FOTOsu
Bakıda minik maşını yük avtomobilə çırpıldı: ÖLƏN VAR
İki yük avtomobilinin toqquşduğu ərazidə hərəkət bərpa olundu - YENİLƏNİB
Bakıda iki avtomobil toqquşdu, yol nişanı aşdı - VİDEO
Masallıda minik avtomobili yük maşınına çırpıldı: Ölən var - VİDEO












