Beyləqanda QƏZA: 6 nəfər xəsarət aldı - VİDEO - YENİLƏNİB

Beyləqanda baş verən qəzanın təfərrüatı məlum olub.
Bu barədə Daxil İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev məlumat verib.
"Martın 12-də saat 17:00-da Füzuli rayonu, Əhmədbəyli kənd sakini Qəhrəman Qurbanov idarə etdiyi VAZ-2115 markalı avtomobillə Daşburun-Yuxarı Qarabağ avtomobil yolunun Allahyarlı kəndi ərazisindən keçən 25-ci kilometrliyində hərəkətdə olarkən qarşıdan gələn Beyləqan rayon sakini Hüseyn Bəndalızadənin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində Qəhrəman Qurbanovun sərnişini, Füzuli rayonu, Zobçuq qəsəbə sakini 1999-cu il təvəllüdlü Ravin Mübah oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır", - deyə Mübariz Ağayev məlumatda qeyd edib.(oxu.az)
***10:41
Martın 12-də saat 17:00 radələrində Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə TƏBİB-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib.
Məlumata görə, onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
2003-cü il təvəllüdlü şəxslərə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Digər 4 nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasına təxliyə ediliblər.
Füzuli Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilən şəxslərin vəziyyəti stabil olaraq qiymətləndirilir.
***10:00
Beyləqanda 6 nəfərin xəsarət almasınlar nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn "VAZ" 21015 markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobildə ümumilikdə 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Lökbatanda qəza: “Mercedes” və “Toyota” toqquşdu - VİDEO
“Prius” aylardır davam edən təmir zonasındakı maneəyə çırpıldı - VİDEO
Dəhşətli qəzada ölən Elmirin FOTOsu
Hacıqabulda ağır qəza: Yük maşını baryerləri qıraraq əks yola çıxdı - VİDEO
Aydında ağır qəza: İki ölü, bir yaralı
Ankarada dəhşətli qəza: Bir ölü, iki yaralı
Rusiyada avtobusla yük maşını toqquşdu: 11 nəfər yaralandı
19 yaşlı sürücü avtomobillə 14 yaşlı yeniyetməni öldürdü – ANBAAN VİDEO
Naxçıvanda "VAZ-2107" "KAMAZ"la toqquşub, xəsarət alanlar var - FOTO
Azərbaycanlı gənc Gürcüstanda qəzada öldü
Bilgəh yolunda avtomobil dəmir arakəsməyə çırpıldı, SÜRÜCÜ ÖLDÜ - VİDEO










