Beyləqanda qəza; yaralılar var
Qəzalar
5 Aprel 2016 00:12

“VAZ-2104” markalı avtomobil “Kamaz”ın arxa hissəsinə çırpılıb
Beyləqanda 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun İmamverdilər kəndində qeydə alınıb. Ağcabədinin Boyat kənd sakini, 64 yaşlı Məhəmməd Əvəz oğlu Aslanov idarə etdiyi “VAZ-2104” markalı avtomobil ilə hərəkətdə olarkən qarşıdan gedən “Kamaz” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Nəticədə avtomobilin sürücüsü və salonda olan həmkəndlisi, 52 yaşlı İlyas Bəylər oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub : 1685
DİGƏR XƏBƏRLƏR
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
12 Oktyabr 2026 17:00
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
12 Oktyabr 2026 13:26
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
12 Oktyabr 2026 10:00
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
12 Oktyabr 2026 09:53
İki qadını maşın vurub ÖLDÜRDÜ
12 Oktyabr 2026 08:33
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
11 Oktyabr 2026 21:49
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
11 Oktyabr 2026 18:22
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
ŞƏRH YAZ












