Biləsuvarda ağır qəza - 2 ölü, 3 yaralı var - FOTO

Biləsuvarda ağır yol qəzası baş verib. Avtosfer.az-ın məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” və “VAZ 2115” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb. Yaralılar rayon xəstəxanasına çatdırılıb. Hazırda ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
***
Biləsuvarda baş verən qəzada körpə və atası ölüb.
Avtosfer.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə 11.08.2025-ci il tarixində saat 19:00 radələrində Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2-si qadın, 1-i kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1961, 1975, 1996-cı il təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyələrinin əziyi, sınığı və küt travmaları diaqnozları təyin olunub.
1961 və 1975-ci il təvəllüdlü şəxslərə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.
Vəziyyəti orta ağır qiymətləndirilən 1996-ci il təvəllüdlü şəxsin müalicəsi isə Cərrahiyyə şöbəsində davam etdirilir.
Qeyd edək ki, 2025-ci il təvəllüdlü körpənin isə (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
Hadisə yerində ölən ata aidiyyəti üzrə təhvil verilib.
***
Biləsuvarda baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub. Məlumata görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun 90 km-də, Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Cəbrayıl rayon sakini, 1996-cı il təvəllüdlü Elşən Niftəliyevin idarəetdiyi "VAZ-2115" markalı nəqliyyat vasitəsi Biləsuvar rayon sakini, Cəfər Ağalının idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində "VAZ-2115"də olan bir ailənin üzvləri, sürücü E.Niftəliyev və onun 6 aylıq qızı Ahu Niftəliyeva ölüb, həyat yoldaşı 1996-ci il təvəllüdlü Günay Niftəliyeva isə ağır xəsarət alıb. Həmçinin "Mercedes"də olan sərnişinlər - 1961-ci il təvəllüdlü Gülağa Qurbanov və 1975-ci il təvəllüdlü Şəhla Orucova xəsarət alıblar. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ölənlərin meyitləri müayinə olunması üçün rayon morquna təhvil verilib. Məlumata görə, ölən şəxs Saatlı rayonunda müəllim işləyirmiş. Faktla bağlı araşdırmalar davam etdirilir.




Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB












