Biləsuvarda ağır qəza - Baba və nəvəsi öldü - VİDEO

Biləsuvar rayonunda ağır yol qəzasında iki nəfər ölüb. Avtosfer.az-ın məlumatına görə, hadisə rayonun Ağalıkənd kəndi ərazisində qeydə alınıb. “Hyundai Santa Fe” markalı avtomobilə “VAZ 2107” markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində iki nəfər - Elxan Feyziyev və Qalib İsmayılov ölüb, xəsarət alan şəxslər xəstəxanaya çatdırılıblar. Ölən şəxslər “VAZ 2107” markalı nəqliyyat vasitəsində olub. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, ölənlər baba və nəvəsidir.
***
Biləsuvarda iki nəfərin öldüyü qəzada xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb. TƏBİB-dən Avtosfer.az-a bildirilib ki, bu gün saat 12:40 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi cinsli) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlardan 1985-ci il təvəllüdlü şəxsə başın, döş qəfəsinin səthi travması, sol kürəkdə və sağ dizdə əzilmiş və sıyrıqlar, 2000-ci il təvəllüdlü şəxsə isə dəqiqləşdirilməmiş kəllədaxili travma, döş qəfəsinin səthi travması diaqnozları təyin edilib. Hazırda hər ikisinin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir. Qeyd edək ki, 2009-cu il təvəlüdlü şəxs aqonal vəziyyətdə tibb müəssisəsinə daxil olub. Bütün reanimasiya tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 12:45-də pasiyentin ölüm faktı qeydə alınıb.

Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












