Biləsuvarda AĞIR QƏZA: Həkim yaralandı

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Arazbari kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəzada ağır bədən xəsarəti alan qadın sərnişin rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Qəza nəticəsində sürücü və avtomobildə olan həyat yoldaşı, Beyləqan rayon sakini, 1959-cu il təvəllüdlü Məmmədova Sücaət Qardaşxan qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılara Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında zəruri tibbi yardım göstərildikdən sonra müalicələrinin davam etdirilməsi üçün Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıblar.
Qeyd edək ki, Sücaət Məmmədova Beyləqan Rayon Mərkəzi Xəstəxanasında həkim-infeksionist olaraq çalışır.
Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO












