Biləsuvarda ağır yol qəzası: ölən və yaralananlar var - FOTO - VİDEO

Biləsuvar rayonunda baş verən yol qəzasında ölən və xəsarət alan şəxsin kimliyi məlum olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvar şəhərindən keçən hissəsində baş verib.
Cəlilabad rayon sakini, 1969-cu il təvəllüdlü Şahmuradov Sərdar Balahəsən oğlunun idarə etdiyi "VAZ 2107" markalı minik avtomobil qoşqulu traktora çırpılıb.
Hadisə nəticədəsində minik avtomobilində olan Səbuhi Şahverdiyev ölüb, sürücü isə müxtəlif bədən xəsarətləri ilə xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
**
TƏBİB Biləsuvarda baş verən avtoqəza ilə bağlı məlumat yayıb.
Avtosfer.az xəbər verir ki, qurumdan bildirilib ki, bu gün saat 16:30 radələrində Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1969-cu il təvəllüdlü (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona başın və döş qəfəsinin səthi travması, said nahiyəsinin hemotoması və sıyrıqları diaqnozları təyin edilib. "Hazırda xəsarət alan şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyət stabil olaraq qiymətləndirilir", - məlumatda vurğulanıb.
**
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.





Salyanda AĞIR QƏZA: İki nəfər öldü - FOTO - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRÜB
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
Yük maşını divara çırpıldı - Sürücü öldü - FOTO
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Kürdəmirdə xurma ilə dolu yük maşını aşdı - VİDEO
Şəkidə avtomobil dərəyə aşdı, ölən var
Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO
Tovuzda avtomobil AŞDI: Xəsarət alan var - FOTO
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi












