Banner

Biləsuvarda təyyarə quş sürüsünə girdi, qəzadan sağ çıxan olmadı

Qəzalar 6 Yanvar 2025 09:30 Oxunub 5010
Biləsuvarda təyyarə quş sürüsünə girdi, qəzadan sağ çıxan olmadı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

70-80-ci illərdə Azərbaycanın pambıqçılıq rayonlarında aviasiyadan geniş istifadə edilib. Təyyarələrin əsas işi dərmanlama və vizual baxış olub. Bu dövrdə kənd təsərrüfatında əsasən An-2 təyyarələrindən (danışıqda Kukuruznik) istifadə edilib. Arxiv sənədlərində bu təyyarələrlə bağlı çox sayda qəza məlumatları yer alır. 

Avtosfer.az xəbər verir ki, An-2 təyyarələri ilə bağlı ölümlə nəticələnən qəzaların biri 23 iyul 1975-ci ildə Biləsuvar rayonunda baş verib. Bu həm də Azərbaycanda (açıq informasiyalara əsasən) quşla toqquşma nəticəsində ölümlə nəticələnən ilk aviaqəzadır. 

Sənədlərdə qəza belə təsvir edilir: 323-cü uçuş dəstəsinin ekipajı Puşkin* rayonunun “Kommunizm yolu” kolxozunun pambıq sahələrini dərmanlamazdan bir gün əvvəl sahəyə baxış keçirir. Normativlərə əsasən sahəyə qabaqcadan yerüstü baxış keçirmək mümkün olmadığı hallarda bunu təyyarə ilə də etməyə icazə verilirdi. Həmin gün hava aydın idi, 10 km məsafə görünürdü, küləyin sürəti 5 mert/saniyə olub. Meteoroloji şərait uçuş üçün ideal idi.
Təyyarənin bortunda komandir və ikinci pilotla yanaşı, kolxozun aqronomu da yer alırdı. Şahidlərin ifadələrinə görə, baxışı başa vuran təyyarə təxminən 50 metr yüksəklidə tarla düşərgəsinin üzərindən keçir. Ehtimal olunur ki, ekipaj quş sürüsünü gec gördüyü üçün yayına bilməyib. Quşlardan biri 1 və 9-cu, digəri 7 və 8-ci silindrlərin arasına, üçüncü quş isə karbüratorun hava borusuna düşür. Bununla da mühərrikin gücü azalır və pilotlar təyyarəni yaxınlıqdakı şoseyə endirməyə çalışırlar. Pambıq tarlası gecə suvarılmışdı, 30-40 santimetr dərinlikdəki arxlar olan yerə enmək mümkün deyildi. Lakin pilotların cəhdi nəticəsiz qalır və təyyarə yanı üstə pambıq sahəsinəğ çırpılaraq alışır. 1968-ci ildə istehsal olunmuş təyyarədən heç bir salamat detal qalmır. 

Yaxındakı kolxozçular yalnız birinci pilotu çıxara bilirlər. İkinci pilot və aqronom yanan təyyarədə can verir. Puşkin şəhər xəstəxanasına çatdırılan pilot orada həyatını itirir. Hadisə şəhərdən 12 km məsafədə baş verib.
Istintasqın gəldiyi nəticəyə görə, qəzaya səbəb məhz karbüratorun hava borusuna quş girməsi olub. Bunun nəticəsində mühərrik gücdən düşüb.

Yer adları arxiv sənədlərində olduğu kimi saxlanılıb.

PS. Vaxtilə kolxozlarda dərman səpmək üçün istifadə edilən, köhnəlmiş  “Kukuruznik”lər 2020-ci ildə Azərbaycanın 44 günlük müharibəsi zamanı düşmənin HHM sistemlərini bir neçə saat ərzində sıradan çıxarmağa kömək etdi. Bu da bir daha göstərir ki, istifadəçinin peşəkarlığı texnikanın imkanlarından irəlidə dayanır.

Vüqar

ŞƏRH YAZ
Ad

E-mail

Şərh