Biləsuvarda üç avtomobil toqquşdu: Ağır yaralananlar var

Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı və yaralıların vəziyyəti məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, hadisə sentyabrın 3-də, saat 21:00-da köhnə Astara-İran yolunun 92-ci km-də qeydə alınıb.
"Elmin Şaban oğlu Xanverdiyevin idarə etdiyi 90-DZ-578 dövlət nömrə nişanlı "Chery Cowin" avtomobil əvvəlcə eyni istiqamətdə hərəkətdə olan Elçin İsmayıl oğlu Məmmədovun idarə etdiyi "Mercedes-Benz" markalı, 01-AD-183 dövlət nömrə nişanlı yük avtomobilinə, daha sonra isə Ələt istiqamətində hərəkətdə olan Alıqulu Ağa oğlu Mahmudovun idarə etdiyi 99-LN-865 dövlət nömrə nişanlı "Mercedes-Benz Actros 1841" yük avtomobilinə çırpılıb.
Nəticədə Elmin Xanverdiyev və sərnişini Nəsib Bahadur oğlu Cəfərov aldıqları xəsarət nəticəsində Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilib.
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə bildirilib ki, sentyabrın 3-də, saat 21:00-da Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə üç nəfər (kişi cinsli) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin əziyi, sınığı və küt travmaları diaqnozları təyin olunub. Xəsarət alanların vəziyyəti ağır olaraq qiymətləndirilir", - deyə məlumatda vurğulanıb.
Sovet Azərbaycanında vətəndaşların bixəbər olduğu təyyarə qəzası - FOTO
Qəbələdə AĞIR QƏZA: Heydər İsrafilov ÖLDÜ
ABŞ-də jurnalistlər olan vertolyotda QƏZA: ÖLƏNLƏR VAR
Sumqayıtda ağır qəza - ÖLƏN var
Mehdiabad yolunda qəza: Qadın sürücü maşını maneələrin üstünə çıxardı – VİDEO
Bərdədə AĞIR QƏZA: ÖLƏN VAR
Bakıda qəza: İşıq dirəyinə çırpılan VAZ aşdı - VİDEO
Çin şirkətinin təhlükəsizlik yastıqlarına görə 10 nəfər öldü
Zabratda sərnişin avtobusu yük maşını ilə toqquşub - FOTOLAR - YENİLƏNİB
Azərbaycan SSR-də qəzalar: “Lenin yolu” yaza bilər, Azərinform yaya bilməz - FOTO
Skuter sürücüsünün təhlükəli qayda pozuntusu qəza ilə nəticələndi - ANBAAN VİDEO











