Biləsuvarda yol qəzası - 2 yaralı

Biləsuvarda iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə yanvarın 20-də axşam saatlarında Ələt-Astara magistralının rayonun Əsgərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Cəlilabad rayon sakini, 49 yaşlı Yusif Balaxan oğlu Xankişiyevin idarə etdiyi "VAZ-2107" markalı minik avtomobillə Biləsuvar rayon sakini, 22 yaşlı Elşən Valeh oğlu Abbasovun idarə etdiyi eyni markalı minik avtomobili ilə toqquşub. Güclü zərbədən hər iki avtomobil ciddi zədələnib, həmçinin onların sürücüləri müxtəlif dərəcəli bədən xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO












