Biləsuvarda yol qəzası zamanı xəsarət alan zəvvarların adı məlum olub

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan zəvvarların adı məlum olub. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1987-ci il təvəllüdlü, Sumqayıt şəhəri Corat qəsəbə sakini Əliyeva Gülxatun Etibar qızı, 1972-ci il təvəllüdlü Gəncə şəhər sakini Qurbanova Yeganə Nəbi qızı xəsarət alıb.
G.Əliyeva bel nayihəsindən, Y.Qurbanova isə baş-beyin nayihəsindən travma alıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Ələt-Astara yolunun Biləsuvar rayonundan keçən hissəsində avtomobil qəzası baş verib. "Hyundan-Tucson" markalı avtomobil zəvvarları daşıyan avtobusun arxa təkərinə çırpılıb. Hadisə nəticəsində avtobusda olan zəvvar xanımlardan ikisi xəsarət alıb. Yaralılar Biləsuvar rayon mərkəzi xəstəxanasına çatdırılıb. Yol nəqliyyat hadisəsi nəticəsində Ələt Astara yolunun bir hissəsi bağlanıb.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












