Banner

Binədə qəza: Qopan işıq dirəyi “VAZ”ın üstünə düşdü - VİDEO

Qəzalar 29 Aprel 2025 12:00 Oxunub 742
Binədə qəza: Qopan işıq dirəyi “VAZ”ın üstünə düşdü    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza aprelin 29-da səhər saatlarında Əli İsazadə küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı maşın qəzaya uğrayıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün anidən idarəetməni itirməsi olub. Nəticədə yoldan çıxan maşın öncə bordürə çıxıb, ardınca işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən dirək yerindən qoparaq qəzalı maşının üzərinə düşüb. Hadisə zamanı nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən sürücü xəsarət almayıb. 

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh