Binədə sürücü park edilmiş “KIA”nı vurdu, maşındakı qadın “ruçnoy”u çəkib.. - ANBAAN VİDEO

Qəzalar 8 İyul 2024 18:36 Oxunub 5016
Binədə sürücü park edilmiş “KIA”nı vurdu, maşındakı qadın “ruçnoy”u çəkib..   - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş vermiş qəza təhlükəsizlik kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl günorta saatlarında qeydə alınıb. Hərəkətdə olan “KIA” markalı maşın park edilmiş 77-LP-205 dövlət nömrə nişanlı “KIA Sorento” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən öndəki avtomobil hərəkət etməyə başlayır. Bu zaman yaxınlıqda olan insanlar maşını saxlamağa çalışırlar. İşin maraq doğuran məqamı isə avtomobilin arxa oturacağında əyləşən qadın sərnişinin hərəkəti olub. Belə ki, o, əl əyləcini çəkərək baş verə biləcək ağır qəzanın qarşısını alır.

Qeyd edək ki, hadisə zamanı nəqliyyat vasitələrinə maddi ziyan dəyib.  

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh