Binəqədi-Novxanı yolunda ağır qəza: Yol bağlandı - VİDEO
Qəzalar
31 May 2022 10:29
Oxunub 1520

Binəqədi-Novxanı yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, qəza zamanı mişar daşı ilə yüklü olan 50-BO-630 dövlət nömrə nişanlı “KamAZ” markalı maşın aşıb.
Hadisə nəticəsində yük maşınında olan mişar daşı yola dağılıb və avtomobil yolunun bir hissəsi bağlanıb.
Qəzadan sonra Binəqədi-Novxanı yolunda və əks istiqamətdə tıxac yaranıb.
Hadisə zamanı xəsarət alanların olub-olmadığı məlum deyil.
Qəzanın səbəbləri araşdırılır.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Oxu.Az
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













