Binəqədidə dəhşətli qəza: Avtomobillə avtobus toqquşdu - FOTO - YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, bu barədə nazirliyin "112" qaynar telefon xəttinə çağırış daxil olub.
Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Hyundai" markalı minik avtomobili və "Temsa" markalı avtobus toqquşub və nəticədə bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan şəxsin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***12:30
Bu gün səhər saatlarında paytaxtın Binəqədi rayonunda ağır yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, Svetlana Məmmədova küçəsində “Hyundai Elantra” markalı avtomobil yol kənarında park edilmiş avtobusa çırpılıb. Zərbənin təsirindən avtomobilin ön hissəsi avtobusun altına daxil olub.
Əraziyə xilasedicilər cəlb edilib.
Sürücünün xəsarət aldığı bildirilib.
Araşdırma aparılır.

Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO












