Binəqədidə yol qəzası oldu, sıxlıq yarandı - FOTO - YENİLƏNİB

"Moskva prospektində baş vermiş yol-nəqliyyat hadisəsinə səbəb propan daşıyan maşının sürücünün idarəetməsindən çıxması olub".
Avtosfer.az xəbər verir ki bu məlumatı Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Rüstəm Əhmədli verib.
"Hadisə bu gün səhər saat 5:00-da qeydə alınıb. "Mercedes-Benz" markalı 77-JT-729 dövlət nömrə nişanlı avtomobilin sürücüsü İlqar Rəşid oğlu Məhərrəmov idarəetməni itirib. Nəticədə, avtomobil yol kəsişməsindəki maneəyə çırpılıb. Avtomobilin təyinatı propan daşımaq üçün nəzərdə tutulub. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Qəzaya düşən avtomobil artıq yoldan götürülüb, hərəkət bərpa edilib. Faktla bağlı araşdırma aparılır", - deyə R. Əhmədli bildirib.
***09:00
Nəsimi rayonu, Moskva prospektində baş vermiş qəza səbəbindən nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yolda hərəkət bərpa olunub.
***08:54
Bakının Binəqədi rayonu, Moskva prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Qəza səbəbindən tunelə giriş hissə, Sumqayıt istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Hazırda hərəkətin bərpa olunması üçün polis və FHN əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
Avtomobili qaz xəttinə çırpıldı - 160 abonent qazsız qaldı - FOTO
Yük maşınına çırpılan “Chevrolet” dərəyə düşdü - VİDEO
Qadın sürücü zəncirvari qəzaya səbəb oldu, özü isə yaralandı - VİDEO
Ağ şəhərdə avtomobil yol kənarındakı dirəyə çırpıldı - VİDEO
18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri - VİDEO
Suraxanıda idarəetmədən çıxan “VAZ” ağaca çırpıldı - VİDEO
Zığ yolunda baş verən zəncirvari qəzanın ANBAAN VİDEOsu
Bakıda qəza: “Nissan” bordürə çıxaraq işıq dirəyinə çırpıldı - VİDEO
Toy karvanında həlak olan gənclərin FOTOsu
Sükan arxasında telefondan istifadə CAN ALDI - FOTO
"BMW" ağaca çırpıldı, 2 azərbaycanlı həlak oldu - Toy kortejində qəza - FOTO











