Binəqədidə zəncirvari qəza – VİDEO

Binəqədi rayonunda yüksək sürət zəncirvari yol qəzasına səbəb olub. Avtosfer.az inter.az-a istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib. Prospektlə yüksək sürətlə hərəkətdə olan “Nissan Tida” markalı avtomobilin sürücüsü qəfil idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında dayanan iki “Mercedes” markalı avtomobilə çırpılaraq dayanıb. Zərbənin təsirindən “Mercedes”dən çıxan ehtiyyat hissəsi “Toyota” markalı avtomobili də əzib. Qəza nəticəsində avtomobillər yararsız hala düşüb. “Nissan Tida”nın sürücüsü isə müxtəlif bədən xəsarətləri alıb. O, hadisə yerinə çağrılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər. Hadisə yerində qəza üzrə inspektor olub və ilkin müayinələr aparılıb. Faktla əlaqədar avtotexniki ekspertiza təyin olunub. Avtomobillər cərimə meydançasına aparılıb.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












