Bir ailənin dörd üzvü qəzaya düşdü - Ölən var

Bu gün saat 14:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonu Cuma kənd ərazisindən keçən hissəsində qəza baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, 1978-ci il təvəllüdlü Bakı şəhər sakini Məmməd Ağarəhim oğlu İbrahimovun idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə hərəkətdə olarkən idarəetmənin itirib və maşın aşıb. Nəticədə avtomobildə olan sərnişin, M. İbrahimovun anası Bakı şəhər sakini 1950-ci il təvəllüdlü Radilə Məmməd qızı İbrahimova aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Sürücü M. İbrahimov, onun həyat yoldaşı 1988-ci il təvəllüdlü Aytən Nadir qızı İbrahimova və övladı 2012-ci təvəllüdlü Rəhim Məmməd oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Şəki rayon Regional Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, xəsarət alanların vəziyyəti yüngül olduqdan xəstəxanaya gəlməkdən imtina ediblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıblar - VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












