Bir-birinə çırpılan avtomobillər işıq dirəyini də sıradan çıxardılar - VİDEO
Qəzalar
18 Avqust 2023 20:15
Oxunub 1316

Mingəçevirdə nəqliyyat vasitələrinin toqquşmasıyla nəticələnən qəza baş verib.
Avtosfer.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi dünən səhər saatlarında qeydə alınıb. Belə ki, 99-VO-293 dövlət nömrə nişanlı, “Chevrolet Cruze” markalı avtomobil, “Ravon Nexia” markalı maşınla toqquşub. Qəzaya səbəb sürət həddinin yüksək olması bildirilir. Bir-birinə çırpılan hər iki nəqliyyat vasitəsi sıradan çıxsa da, sürücülər arasında ciddi xəsarət alan olmayıb.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













