Bir gündə eyni yerdə iki avtomobil qatarla toqquşdu - İkisi də "Prius" - VİDEO

Xaçmaz rayonunda eyni dəmir yolu keçidində bir gün ərzində iki yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, hadisələr aprelin 29-da, dəmir yolunun Xaçmaz–Çarxı sahəsində yerləşən qorunmayan keçiddə baş verib. İlk qəza səhər saat 09:00 radələrində qeydə alınıb. Xaçmaz şəhər sakini Taleh İsmayılovun idarə etdiyi “Toyota” markalı avtomobil keçiddə hərəkətdə olan yük qatarı ilə toqquşub.
Bundan təxminən üç saat sonra – saat 12:00 radələrində eyni ərazidə növbəti oxşar hadisə baş verib. Bu dəfə Xanlıqoba kənd sakini Taryel Kazımovun idarə etdiyi, yenə “Toyota” markalı avtomobil yük qatarı ilə toqquşub.
Hər iki qəza nəticəsində sürücülər xəsarət alıb. Bundan əlavə, nəqliyyat vasitələrinə və dəmir yolu təsərrüfatına ciddi maddi ziyan dəyib.
Aparılan araşdırmalar göstərib ki, hadisələrin baş verməsinə əsas səbəb sürücülərin diqqətsizliyi və məsuliyyətsiz davranışıdır. Belə ki, sürücülər yaxınlaşan qatarı görmələrinə baxmayaraq, keçidin təhlükəsizlik qaydalarına əməl etmədən hərəkət ediblər.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək xatırladıb ki, dəmiryol keçidlərinə yaxınlaşarkən yol nişanları, svetofor siqnalları, nişanlama xətləri, şlaqbaum və növbətçinin göstərişləri mütləq nəzərə alınmalıdır. Yalnız qatarın yaxınlaşmadığına tam əmin olduqdan sonra keçiddən istifadə edilməlidir.
Xırdalanda avtomobil açıq lyuka düşdü – VİDEO - YENİLƏNİB
Nasaz avtomobil 2 gəncin həyatına son qoydu - VİDEO
Xaçmazda avtomobil piyadanı vurub ÖLDÜRDÜ
Yevlaxda yol qəzasında ölən gəncin FOTOsu
Yevlaxda AĞIR QƏZA: İki nəfər ÖLDÜ - FOTO - YENİLƏNİB
Neftçalada avtobusla minik maşını toqquşdu: Xəsarət alanlar var - FOTO
İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə buraxıldı?
Bakıda qadın sürücü “BMW” ilə şou göstərdi; vurub bardürə dırmaşdırdılar - VİDEO
Nərimanovda “Toyota” skuter sürücüsünü vurub ÖLDÜRDÜ - VİDEO
Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO












