Bir gündə yol qəzalarında: 6 ölü, 19 yaralı
Qəzalar
14 Yanvar 2017 12:43

Respublikanın avtomobil yollarında 15 yol-nəqliyyat hadisəsi baş verib
Azərbaycanda bir gündə baş verən yol qəzalarında 6 nəfər ölüb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 15 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 19 nəfər xəsarət alıb. Ölümlə nəticələnən yol qəzaları Nərimanov, Bərdə, Masallı və Salyan rayonlarında qeydə alınıb. Avtosfer.az apa-ya istinadən xabar verir ki, Bakının Nərimanov rayonunda yol qəzasını dövlət müəssisələrindən birinə məxsus avtomobil törədib. “Mercedes” markalı, 90 AA 813 dövlət nömrə nişanlı avtomobil 33 yaşlı qadını vuraraq öldürüb. Nərimanov rayonunda baş verən digər hadisədə isə “Hyundai” markalı, 10 AS 491 dövlət nömrə nişanlı avtomobil yolu keçən kişini vurub. Piyada yerindəcə ölüb.
Oxunub : 1299
DİGƏR XƏBƏRLƏR
13 Oktyabr 2026 15:30
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
13 Oktyabr 2026 10:18
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
13 Oktyabr 2026 10:00
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
13 Oktyabr 2026 09:53
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
13 Oktyabr 2026 08:46
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
12 Oktyabr 2026 17:00
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
12 Oktyabr 2026 13:26
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
12 Oktyabr 2026 10:00
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
12 Oktyabr 2026 09:53
İki qadını maşın vurub ÖLDÜRDÜ
12 Oktyabr 2026 08:33
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
11 Oktyabr 2026 21:49
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
ŞƏRH YAZ












