Biznesmenin oğlu qəzada öldü – VİDEO

Moskvada “Maserati” avtomobili fənər sütununa çırpılaraq alışıb. Sürücü ölüb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, avtomobil moskvalı biznesmenin 26 yaşlı oğlu Artur Moiseyeva məxsus idi. Qəza bu gün günorta saatlarında Rostov sahilində baş verib. Yüksək sürətlə hərəkət edən “Maserati” fənər sütununa çırpılıb. Dərhal yanğın baş verib. Telekanalın məlumatına görə, cavan oğlan yüksək sürətlə hərəkət edirdi və sosial şəbəkələrdə onu pişiyinin müşayiət etdiyini yazırdı. Federal KİV avtomobilin sahibi Artur Moiseyevin öldüyü barədə məlumat yayıb. Onun atası biznesmendir, mətbəx texnikasının ticarəti ilə məşğul olur. REN TV atanın hadisə yerinə gəlməsinə baxmayaraq, polislər tərəfindən yanmış avtomobilin yanına buraxmadıqlarının əks olunduğu kadrları dərc edib. “Life”ın məlumatına görə, sürücünün ölməsinə səbəb yanğın deyil, açıq kəllə-beyin travması olub.

Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












