“BMW” ağaca çırpıldı - Sürücü xəsarət alıb

Oğuz rayonunda baş verən yol-nəqliyyat hadisəsində 1 nəfər ağır xəsarət alıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, fevralın 23-dən 24-nə keçən gecə Şəki şəhər sakini, 1983-cü il təvəllüdlü Rüstəm Xudaverdi oğlu Hacısəlimov idarə etdiyi BMW markalı minik avtomobili ilə Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Oğuz rayonunun Bayan kəndi ərazisindən keçən hissəsində Şəki rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Rüstəm Hacısəlimov Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












