BMW X 5 səkiyə çırpıldı: 40 dəqiqə prospektdə nəqliyyatın hərəkətində tıxac yaranıb - VİDEO

Bakının Ziya Bünyadov prospektində yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə prospektin Nərimanov rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "BMW X 5" markalı avtomobilin sürücüsü idarəetməni itirdiyindən nəqliyyat vasitəsi yol kənarındakı səkiyə çırpılıb. Xoşbəxtlikdən avtomobildə olan sürücü və sərnişin xəsarət almayıb. Lakin avtomobil deformasiyaya uğrayıb. Qəza ilə əlaqədar təxminən 40 dəqiqə prospektdə nəqliyyatın hərəkətində tıxac yaranıb. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Qəzaya uğrayan avtomobil cərimə meydançasına aparılıb. Yol polis əməkdaşlarının köməkliyi ilə prospektdə nəqliyyatın hərəkəti bərpa edilib.
Baş vermiş hadisə ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












