"Boeing"in qəzaya uğradığı bölgədə axtarış işləri bərpa edilib

Qırğızıstan Fövqəladə Hallar Nazirliyi "Boeing" yük təyyarəsinin Bişkek yaxınlığında qəzaya uğradığı ərazidə axtarış-xilasetmə əməliyyatlarını bərpa edib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildiriblər. Axtarış-xilasetmə işlərinə təxminən 50 nəfər, eləcə də xüsusi texnika cəlb olunub.
Günün ikinci yarısında Dövlətlərarası Aviasiya Komitəsinin ekspertlərinin Qırğızıstana gələcəyi gözlənilir. Qəza yerində tapılmış qara qutular oxunması üçün onlara veriləcək.
Xatırladaq ki, Honkonq - Manas reysi üzrə uçuş həyata keçirən Türkiyənin "ACT Airlines" aviaşirkətinə məxsus yük təyyarəsi eniş zamanı görüntü səviyyəsinin aşağı olması səbəbilə yaşayış evlərinin üzərinə düşüb. Hadisə nəticəsində azı 37 nəfər həlak olub.
İndiyə qədər 32 nəfərin, o cümlədən qəzaya uğramış layenrin dörd pilotunun cəsədi tanınıb.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












