“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO

Paytaxtın Binəqədi rayonunda qayda pozan yük maşını sürücüsü qəza törədib.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında “Boksol yolu”nda qeydə alınıb.
Belə ki, 77-EU-763 dövlət nömrə nişanlı “Ford Transit” markalı yük maşınının sürücüsü qarşısında hərəkət edən avtomobili ötmək üçün əks istiqamətli hərəkət zolağına çıxıb. Videodan görünür ki, sürücü qarşıdan gələn nəqliyyat vasitələrinə baxmayaraq, ötmə manevrini davam etdirib. Nəticədə yük maşını qarşıdan gələn “Hyundai” markalı və ötmək istədiyi "KIA" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində nəqliyyat vasitələrinə maddi ziyan dəyib. Görüntülərdən yük maşını sürücüsünün bütöv xəttin tələbini pozaraq əks istiqamətli yola çıxdığı da aydın görünür.
Xatırladaq ki, ötmə manevri yalnız bunun təhlükəsiz olduğuna əmin olduqda və yol hərəkəti qaydalarının tələblərinə uyğun şəkildə həyata keçirilə bilər. Bütöv və qoşa bütöv xətlərin tələblərini pozaraq əks istiqamətli hərəkət zolağına çıxmaq isə qadağandır.
Nərmin
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO












