Banner

Böyükşor bulvarında ağır qəza: İki maşın toqquşdu, yaralı var - VİDEO

Qəzalar 20 İyul 2025 16:05 Oxunub 2672
Böyükşor bulvarında ağır qəza: İki maşın toqquşdu, yaralı var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda iki avtomobilin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 20-də, paytaxtın Böyükşor bulvarında baş verib. Belə ki, hadisə 90-GA-080 qeydiyyat nişanlı "Land Rover" markalı və 10-TY-689 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində baş verib. Zərbənin təsirindən "Land Rover" markalı avtomobil aşıb. Yaxınlıqdakı insanların köməkliyi ilə aşmış avtomobili çeviriblər. Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində yaralanan da olub.

Qeyd edək ki, bu kəsişmə yerində tez-tez qəzalar baş verir. Səbəb isə dairədə "stop" nişanına əməl etməyən və baş yolla gələn sürücülərin yüksək sürətlə hərəkət etmələri olur.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh