Böyükşor yolunda üç avtomobil TOQQUŞDU - VİDEO - YENİLƏNİB

"Sözügedən yol-nəqliyyat hadisəsi bu gün saat 09:00-da Sabunçu rayonunun Böyükşor yolunda qeydə alınıb".
Avtosfer.az xəbər verir ki, bu məlumatı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli verib.
"Isuzu" markalı 90-JO-351 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Mirəjdər Əjdər oğlu Mirəhədov idarəetməni itirməsi səbəbindən nəqliyyat vasitəsini yol kənarında dayanan "Changan" markalı 77-OP- 459 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə çırpıb.
Daha sonra bordürə çırpılan yük avtomobilinin yük yerində olan su bidonları dağılıb və bir neçəsi yolun əks istiqaməti ilə hərəkət edən nəqliyyat vasitələrinin qarşısına düşüb.
Nəticədə əks istiqamətdə hərəkətdə olan "Chevrolet" markalı 77-YM-448 dövlət nömrə nişanlı, "Ford" markalı 77-NR-441 dövlət nömrə nişanlı və "Lada" markalı 77-PF-551 dövlət nömrə nişanlı avtomobillərə maddi ziyan dəyib. Xəsarət alan olmayıb.
Faktla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır", - deyə T.Nəsirli bildirib.
***10:53
Bakının Böyükşor yolu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, qəza ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
İlkin məlumata görə, hərəkətdə olan "Iveco" markalı yük avtomobili "Changan" markalı minik avtomobilinə çırpılıb. Zərbənin təsirindən idarəetmədən çıxan yük maşını əks hərəkət zolağına keçərək "Ford Fusion" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində yük maşını aşıb, daşıdığı su qabları yolun hərəkət hissəsinə dağılıb.
Hadisə zamanı xəsarət alan və ya həyatını itirən şəxslərin olub-olmaması ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.
Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO












