Banner

Brüssel-İrəvan aviareysi ilə uçan təyyarəni ildırım vurdu

Qəzalar 30 Dekabr 2021 18:15 Oxunub 3332
Brüssel-İrəvan aviareysi ilə uçan təyyarəni ildırım vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Brüsseldən İrəvana uçan təyyarəni ildırım vurub.

"Ölkə.Az"ın Ermənistan mətbuatına istinadən məlumatına görə, insidentdən sonra təyyarə Brüsselə geri qayıtmaq məcburiyyətində qalıb.

İçərisində 180 sərnişin olan A-320 yerli vaxtla saat 13:55-də Brüsseldən havaya qalxıb.

Təxminən 7500 metr yüksəklikdə, Lüksemburq üzərində təyyarəni ildırım vurub. Pilotlar dərhal Brüsselə qayıtmaq qərarına gəliblər.

Uçuş 24 saat təxirə salınıb, sərnişinlər hava limanına yaxın otellərdə yerləşdirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh