Bu il Bakıda 112 yol qəzası qeydə alınıb - 27 ölü, 131 yaralı

“İlin əvvəlindən bu günə qədər Bakı şəhərində 112 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 27 nəfər ölüb, 131 nəfər yaralanıb”. Avtosfer.az xəbər verir ki, bu sözləri “Report”a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, ötən ilin müvafiq dörü ilə müqayisədə ölən və yaralananların sayı artıb: “Belə ki, yol-nəqliyyat hadisələrinin sayı stabil qalsa da, 4 ölüm və 17 yaralı sayı artıq olub. Bu da DYP tərəfindən əlavə tədbirlərin görülməsi zərurətini yaradır”. V.Əsədov deyib ki, hadisələrə səbəb yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasıdır: “Hadisələrin baş verməsinə səbəb kimi təyin olumayan yerlərdən keçən piyadaların vurulması halı 62%, sürət həddinin aşılması 39%, təhlükəli manevrlər və əks istiqamətli yol zolağına çıxılması 27% təşkil edir. Yol hərəkətində təhlükəsizliyin təmin edilməsi ilə bağlı keçirilən tədbirlər nəticəsində 137 mindən artıq inzibati protokol tərtib edilib”.
Bakıda yük maşınında olan alçıpanlar "Hyundai"ın üzərinə aşdı - VİDEO
Sumqayıtda ZƏNCİRVARİ QƏZA: Altı avtomobil toqquşdu
Balakəndə “KIA” əvvəl avtomobilə, sonra işıq dirəyinə çırpıldı - VİDEO
Yuxulu sürücü əks yola çıxıb qəza törətdi - ANBAAN VİDEO
Lökbatan-Qobu yolunda avtomobil aşıb - VİDEO - YENİLƏNİB
Qaydanı pozan sürücü qəza törətdi: Cərimə günahsız sürücüyə yazıldı - VİDEO
Aeroport yolunda “Opel”lə marşrut avtobusu toqquşdu - VİDEO - YENİLƏNİB
Paytaxtda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO
Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı - FOTO
Gürcüstanda içində turistlərin olduğu avtobus qayadan aşdı: Ölənlər var - FOTO
Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...











