Bu küçədə sürücülər davamlı qayda pozub qəza törədir - VİDEO
Qəzalar
4 Sentyabr 2023 21:20
Oxunub 750

Yasamal rayonunun Dadaş Bünyadzadə küçəsində qayda pozan sürücü qəzaya səbəb olub.
Avtosfer.az xəbər verir ki, hadisə bir neçə gün öncə axşam saatlarında cərəyan edib. Görüntüdən bəlli olduğu kimi, “AzSamand” markalı avtomobil, “Mitsubishi Pajero” markalı avtomobillə toqquşub. Belə ki, əks yolla hərəkət edən “Pajero” sürücüsü parklanma üçün yolu dönən “AzSamand”ı vurub. Nəticədə hər iki nəqliyyat vasitəsi zədələnib. Sürücülər arasında xəsarət alan olmayıb.
Qeyd edək ki, hadisə şahidinin məlumatına görə, hadisə baş vermiş ərazidə tez-tez qəza olur. Bir gün əvvəl də həmin küçədə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













