Bu ölkədə turistləri daşıyan təyyarə qəzaya uğradı, 11 nəfər öldü

Keniyada yüngül mühərrikli təyyarə ağır qəza nəticəsində yerə çırpılıb.
Avtosfer.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Diani kurort şəhərindən havaya qalxdıqdan qısa müddət sonra, Kvale şəhərindən təxminən 10 kilometr aralıda baş verib.
İlkin məlumatlara görə, təyyarədə olan 10 avropalı turist və 1 yerli pilot hadisə yerində həlak olub.
Digər mənbələrin bildirdiyinə görə, sərnişinlərdən səkkizi macar, ikisi isə alman vətəndaşı olub. Qəzada həmçinin keniyalı pilot həyatını itirib.
Məlumata əsasən, təyyarə məşhur Diani çimərlik kurortundan dünyaca tanınan Maasai Mara oyun parkına uçarkən, yerli vaxtla saat 05:30-da qəzaya uğrayıb.
Qeyd edək ki, qəzanın dəqiq səbəbi hələ müəyyən edilməsə də, ilkin versiyalara görə, hadisəyə pis hava şəraiti səbəb ola bilər.
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











