Bu rayonda günün ikinci yol qəzası, 2 yaralı var - FOTO

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər xəsarət alıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun 145-ci kilometrliyində, Cəlilabad rayonunun ərazisindən keçən hissədə qeydə alınıb. Belə ki, Masallı rayon sakini, 21 yaşlı Nadir Rafiq oğlu Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Astara istiqamətində hərəkətdə olarkən sürət həddini aşdığından idarəetməni itirib və yolun kənarındakı ağaclığa girərək maşını aşırıb. Nəticədə sürücü və avtomobildə olan Cəlilabad rayon sakini, 24 yaşlı Lalə Mirverdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı Baş Dövlər Yol Polisi İdarəsində (BDYPİ) araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO














