Bu yolayrıcında hər gün qəzalar baş verir - Hərəkəti necə təşkil etmək olar? - VİDEO

Paytaxtın Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində yol nişanlarına məhəl qoymayan sürücülər qəzaya düşürlər. Avtosfer.az xəbər verir ki, bu yolayrıcında demək olar ki, hər gün qəza baş verir. Belə ki, körpünün altından Azadlıq prospekti istiqamətinə gedən sürücülərə “baş yol” nişanı, Ziya Bünyadov prospekti ilə hərəkət edənlərə isə “yol ver” nişanı quraşdırılıb. Lakin Ziya Bünyadov prospekti ilə hərəkət edən sürücülər yol nişanına əməl etmədikləri üçün yolayrıcında qəzalar baş verir. Avtosfer.az həmin yolayrıcında baş verən qəzaların görüntülərini əldə edib.
Baş verən hadisələr göstərir ki, həmin yolayrıcında svetoforun quraşdırılması artıq zərurətə çevrilib. Ya həmin ərazidə mütəmadi olaraq cərimələr tətbiq edilməlidir ki, sürücülər bundan nəticə çıxarsın, ya da ki, təhlükəsizliyin təmin edilməsi üçün yolayrıcı svetoforla tənzimlənməlidir.
Fərid
Zaqatalada "Chevrolet" aşıb, ölən və yaralanan var
Otuz nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzada azı dörd nəfər ölüb
Dumanlı hava ahıl sürücünün həyatına son qoydu - VİDEO
Tərtərdə ağır qəza oldu - Ölən var - VİDEO
Həkimin idarə etdiyi maşın kanala düşdü - ÖLƏN VAR
Bakıda "BYD" yana-yana hərəkət etdi; xəsarət alan var - VİDEO
Güclü külək damın kərpic divarını maşınların üstünə aşırdı: 6-sı əzildi - VİDEO
Prezident bu şəxsləri rüsum ödəməkdən AZAD ETDİ - SƏRƏNCAM
Gəncədə avtomobil işıq dirəyinə çırpıldı - FOTO
“Volvo” yük maşınına çırpıldı - İş adamı öldü - VİDEO
Şirvanda avtobusla toqquşan “Opel” tanınmaz hala düşdü - VİDEO











