Banner

Bu yolda davamlı maşınlar toqquşur - VİDEO

Qəzalar 27 Fevral 2023 16:29 Oxunub 846
Bu yolda davamlı maşınlar toqquşur  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hindistanın Gucerat əyalətində yerləşən problemli yol gündəlik maşın qəzalarından yan ötmür. Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə müzakirə obyektinə çevrilən görüntülər müxtəlif günlərdə baş verən qəzaları anbaan müşahidə kameralarına alıb. İnsidentlərdən də göründüyü kimi qarşı tərəfə yol vermək istəməyən nabələd sürücülər dayanmadan baş alıb gedirlər. Nəticədə yol qəzalarına imza atmış olurlar. Təbii ki, problem yolun qəza üçün təhlükəli zona olmasına baxmayaraq, nizamlayıcı işıqforun quraşdırılmamasıdır. Üstəlik davamlı qəza yolu kimi tanınan əraziyə hərəkəti qaydasına salan aidiyyatı qurumlar da cəlb olunmamaqdadır. Və bütün olanlara göz yuman Hindistan rəhbərliyi öz ampulasında qalmağa davam edir. Bəlli məsələdir ki, müşahidə kameraları da “məqsəd”lərinə xidmət edir: “Əsas cərimə tətbiq edilərək pul mənimsəmək”. İnsanların həyatı, avtomobillərə dəyən ziyan isə onların maraq dairəsinə daxil deyil.

Nərmin Əkbər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh