"Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - VİDEO

Ötən gün Bakının Nizami rayonundakı yanacaqdoldurma məntəqəsində baş verən qəzanın təfərrüatı məlum olub.
Avtosfer.az xəbər verir ki, qəza nəticəsində “KIA” markalı minik avtomobili yararsız hala düşən sürücü bu barədə “Xəzər TV”yə danışıb.
O, hadisənin maşından düşdükdən sonra baş verdiyini və yük maşınının sürətinin çox olduğunu bildirib.
“Maşınımı yanacaqdoldurma məntəqəsinin qapısının qarşısında saxlamışdım. Gördüm ki, SOCAR-ın yanacaq daşıyan maşını yüksək sürətlə gəlir. O biri tərəfdən isə “Ford” markalı maşın gəlirdi. SOCAR-ın yük maşını “Ford”u sürüyərək gəlib mənim maşınımı da əzdi. Belə görünür ki, yeni maşın alınmalıdır, bundan maşın çıxmaz, indi bilmirəm zərərimi necə ödəyəcəklər, heç kəs məlumat verməyib”.
Daha ətraflı videomaterialda:
Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO












