Buzovnada “07”yə çırpılan “Ford” evin hasarını uçurub aşdı - VİDEO

Qəzalar 20 Noyabr 2023 21:58 Oxunub 1600
Buzovnada “07”yə çırpılan “Ford” evin hasarını uçurub aşdı   - VİDEO

Xəzər rayonu Buzovna qəsəbəsində avtomobillərin iştirakıyla yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 18-də səhər saatlarında yaşayış yolunda qeydə alınıb. Belə ki, hərəkətdə olan “Ford Transit” markalı yük maşını “VAZ-2107” markalı avtomobillə toqquşub. Hadisə şahidlərinin iddiasına əsasən, qəzaya səbəb hər iki nəqliyyat vasitəsinin qayda pozması olub. Nəticədə avtomobilə çırpılan yük maşını yaşayış yerinin hasarını uçuraraq aşıb, “VAZ”ın ön hissəsi sıradan çıxıb. Xoşbəxtlikdən sürücülər arasında xəsarət alan olmayıb.

Nərmin

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh