Buzovnada zəncirvari qəza: Üç maşın toqquşdu - VİDEO
Qəzalar
25 Noyabr 2025 17:30
Oxunub 212

Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-FF-033 dövlət nömrə nişanlı “BMW” markalı avtomobil, “VAZ-2121” markalı maşına, o isə öz növbəsində “Ford Transit” markalı yük maşınına çırpılıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Hadisə nəticəsində hər üç nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













