Cəbrayılda AĞIR QƏZA: Ölən və xəsarət alanlar var - FOTO

Cəbrayılda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Karxulu kəndi ərazisində qeydə alınıb.
"Mitsubishi" markalı avtomobil hərəkətdə olan zaman idarəetməni itirərək aşıb. Hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir nəfər isə həyatın itirib.
Qəza nəticəsində həyatın itirən 1981-ci il təvəllüdlü Nicat Ağayevin Lənkəran sakini olduğu bildirilir. Mərhum ehtiyatda olan hərbi qulluqçu olub. O, 44 günlük Vətən müharibəsi iştirak edib və bir sıra medallarla təltif olunub.
Hadisə ilə bağlı faktı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Qarabağ regional mətbuat qrupundan da təsdiqləyiblər.
Faktla bağlı Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma başlanılıb.

Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Anidən əks yola çıxmaq istədi qəza baş verdi - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR











